Livanın “Hizbullah” qruplaşması ABŞ-ı İsrailə qarşı yeni cəbhə açacağı ilə hədələyib.
Azpost.info xəbər verir ki, bu barədə İranın diplomatik dairələrindəki mənbə Küveytin “Əl-Cərida” qəzetinə bildirib.
“Hizbullah” xəbərdarlıq edib ki, İsrail ordusu noyabrın 3-dək Qəzza zolağında hərbi əməliyyatları dayandırmasa, İsrailə qarşı yeni cəbhə açacaq.
Onun sözlərinə görə, atəşkəs olmasa, qruplaşmanın lideri Həsən Nəsrullah bu gün çıxış edəcək və ümumi səfərbərlik elan edərək İsrailə qarşı hərbi əməliyyata başlayacaq.
Bundan əvvəl “Hizbullah” müntəzəm olaraq İsrail ərazisini şimaldan atəşə tutub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Livandakı hərbi hədəflərə raket zərbələri endirib.
“Hizbullah” ikinci cəbhə açmaq qərarına gəlsə, İsrail də İrana hücum edəcək”, – İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat daha əvvəl xəbərdarlıq etmişdi.
“İsrailin düşmənlərimizə çox açıq mesajı var. Biz onlara deyirik: Qəzza zolağında baş verənlərə baxın, bizə hücum etsəniz, onlar da sizə qarşı eyni şeyi edəcəklər”, – o bildirib.
“Öz növbəsində ABŞ İsraildən “Hizbullah”a qarşı kütləvi zərbələr endirməməyi xahiş edib, çünki Vaşinqton qarşıdurmanın genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən ehtiyat edir. Bu baş verərsə, İsrail iki cəbhədə müharibə aparmalı olacaq.
“The New York Times” yazır ki, ABŞ və İranın münaqişəyə cəlb olunma riski də artacaq.
Azpost.info