“İsrail gələcəkdə də Qəzzada qoşun saxlayacaq”- Prezident

“İsrail gələcək hücumlarının qarşısını almaq üçün Qəzza zolağında qoşun saxlamaq niyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu ölkə prezidenti İsaak Hersoq “Financial Times”a bildirib.

Onun sözlərinə görə, Təl-Əviv Fələstin anklavı ərazisində boşluq saxlaya bilməz.

“Qoşunlarımızı geri çəksək, Qəzzada hakimiyyətə kim gələcək? Biz boşluq buraxa bilmərik. Bu zaman mexanizmin necə olacağını düşünməliyik. Bununla bağlı bir neçə fikrimiz var”, – Hersoq deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.