İsrail HƏMAS-la danışıqlarda güzəştə getməyə məcbur olub- “The New York Times”

İsrail HƏMAS-la girov danışıqlarında güzəştə getməyə məcbur olub.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Hazırda İsrail Qəzza zolağında bəzi girovların azadlığı müqabilində terrorizmdə təqsirli bilinən fələstinlilərin azad edilməsi imkanlarını nəzərdən keçirir.

“Netanyahu hökuməti əvvəllər belə bir güzəştdən qaçıb. Həm də ona görə ki, böyük terror hücumları ilə əlaqəsi olan fələstinliləri hətta israilli girovlar müqabilində azad etmək onu ölkə daxilində ciddi tənqidlərə məruz qoya bilər”, – nəşr qeyd edir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.