“İsrail əməliyyata başlasa, İran “Hizbullah”a dəstək verəcək”- Xameneinin müşaviri

İsrail “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyata başlamaq qərarına gələrsə, İran qruplaşmaya dəstək vermək üçün bütün imkanlarından istifadə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə İranın Ali Ruhani liderinin müşaviri Kamal Xərrazi “Financial Times”a bildirib.

“Bütün Livan, ərəb ölkələri İsrailə qarşı Livanı dəstəkləyəcəklər”, – o deyib.

O qeyd edib ki, İsrailin “Hizbullah”a qarşı mümkün hərəkətləri olarsa, İranın hərəkatı dəstəkləməkdən başqa yolu qalmayacaq.

Xarazi onu da əlavə edib ki, Yaxın Şərqdə münaqişənin genişləndirilməsi nə İranın, nə də digər tərəflərin maraqlarına uyğundur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.