İsrail İrana cavab zərbəsini təxirə salıb.
Azpost.info xəbər verir ki, bu barədə “The Times” mənbələrə istinadən yazıb.
Məlumata görə, İrana cavab zərbəsi endirməsi ilə bağlı sızdırılan planlar İsrail hakimiyyətini əməliyyatı təxirə salmağa məcbur edib.
“ABŞ sənədlərinin sızması, müəyyən strategiya və komponentlərin dəyişdirilməsi zərurəti səbəbindən hücumu gecikdirdi”, – kəşfiyyatdakı mənbə bildirib.
Onun sözlərinə görə, cavab olacaq, lakin bu, gözləniləndən daha gec baş tutacaq.
Azpost.info