İsrail ordusu girovların qaytarılmasının hazırkı mərhələsi bitdikdən sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək.
Azpost.info xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu bildirib.
O, İsrailin HƏMAS-la qələbəyə qədər mübarizə aparacağını vurğulayıb.
“Bir həftə ərzində biz çox böyük uğur əldə etdik, onlarla girovu geri qaytardıq. Amma son bir neçə gündə mən belə bir sual eşidirəm: İsrail hərbi əməliyyatlara qayıdacaqmı? Mən birmənalı cavab verirəm ki, bəli”, – Netanyahu deyib.
Azpost.info