İsrail ordusu Qəzzada türk xəstəxanasına hava zərbəsi endirib

İsrail ordusu Qəzzada türk xəstəxanasına hava zərbəsi endirib.

Azpost.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Tibb müəssisəsinə hücum nəticəsində ölənlərin olub-olmadığı məlum deyil.

“Qəzzadakı Fələstin-Türkiyə Dostluq Xəstəxanası İsrailin bombardmanına məruz qalıb. Fələstinli rəsmilər bəzi xərçəng xəstələrinin xəstəxana ətrafındakı bölgənin atəşə tutulması səbəbiylə qorxu və narahatlıq yaşadıqlarını vurğulayıb. İsrail tərəfi Qəzzada tibb müəssisəsinə edilən hücumu hələlik şərh etməyib”, – məlumatda qeyd olunur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.