İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu rəsmən elan edib.
Azpost.info xəbər verir ki, humanitar fasilənin başa çatdığı və hərbi əməliyyatların bərpası barədə İsrail ordusu məlumat yayıb.
Ordu HƏMAS-I İsrail ərazilərini atəşə tutmaqda əməliyyat fasiləsinin şərtlərini pozmaqda ittiham edib.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatına qarşı döyüş əməliyyatlarını bərpa edib”, – məlumatda bildirilir.
Azpost.info