HƏMAS İsraillə dörd günlük atəşkəs və israilli girovların yəhudi dövlətinin həbsxanalarında saxlanılan məhbuslarla dəyişdirilməsi barədə razılığa gəlib.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda Qətər və Misirin razılaşmaya töhfə verdiyi qeyd edilib: “Bir neçə gün davam edən çətin danışıqlardan sonra Qətər və Misirin yorulmaz və bacarıqlı səyləri sayəsində dörd günlük humanitar atəşkəs haqqında razılığa gəldiyimizi elan edirik”.
HƏMAS-ın bildirdiyinə görə, razılaşmalar çərçivəsində hazırda qruplaşmanın əsirliyində olan 50 israilli qadın və 19 yaşından kiçik uşaqlar azad ediləcək. Onlar İsrail həbsxanalarından olan 150 qadın və uşaqla dəyişdiriləcək.
Azpost.info