İsrail və HƏMAS atəşkəs barədə razılaşıblar- “Əl-Ərəbiyyə”

İsrail hakimiyyəti və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, hərbi əməliyyatlar üç gün müddətinə dayandırılacaq.

“Münaqişə tərəfləri arasında razılaşmaya Qəzzada 3 günlük atəşkəs də daxildir. İsrail Qəzzaya məhdud miqdarda yanacağın daşınmasına icazə verib. Çatdırılma BMT nəzarəti altında həyata keçirilməlidir”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.