İsraildə maska tələbi bərpa olunur

25 İyun 2021 - 15:48
Jerusalemites wearing face masks walk in Jerusalem City Center on February 07, 2021, as Israel exits a 3rd lockdown due to the COVID-19 coronavirus pandemic. Photo by Olivier Fitoussi/Flash90 *** Local Caption *** מרקת קורונה קניות רחובות רחוב חנויות

Bu həftə yoluxmalar dörd dəfədən çox artıb. Əsas səbəb kimi iki məktəbdə delta variantının aşkarlanması göstərilir

İyunun 25-də İsraildə qapalı məkanlarda maska taxmaq tələbi bərpa olunub. Məhdudiyyət cəmi 10 gün idi qaldırılmışdı. Ölkədə yüksək yoluxucu delta variantına bağlı yoluxma sayı artır.

Ölkədə vaksinasiya sürətlə getdiyindən maska tələbi qüvvədə qalan sonuncu qayda idi.

Bu həftə yoluxmalar dörd dəfədən çox artıb. Əsas səbəb kimi iki məktəbdə delta variantının aşkarlanması göstərilir. Rəsmilər valideynləri 12-15 yaşlı övladlarını peyvənd elətdirməyə çağırıblar.

Səhiyyə nazirliyi evdən başqa digər qapalı məkanlarda maska tələbini bərpa edib. Açıq havada böyük toplantılarda, özəlliklə bu həftəsonuna gözlənən gey paradlarda maska taxmaq tövsiyə olunur.