Tehran dünyanın Yaxın Şərqdə insan haqlarının müdafiəsi üçün hərəkətə keçəcəyini və İsrailə dəstəyi dayandıracağını gözləyir.
Azpost.info xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
“Biz öz tarixi borcumuzu yerinə yetiririk və hələ də gözləyirik ki, görək, dünya Yaxın Şərqdə insan haqlarının müdafiəsi ilə bağlı nə edəcək. Biz bu cinayətkar rejimi dəstəkləyən ölkələrə müraciət edirik. Çox gec olmadan iqtisadi, hərbi və kəşfiyyat dəstəyini dayandırmalısınız. Biz bu rejimi davamlı atəşkəsə razılaşmağa məcbur etməliyik. Mən istərdim ki, bütün dünya parlamentləri öz tarixi məsuliyyətinə və tarixi borcuna uyğun fəaliyyət göstərsinlər. Hörmətli millət vəkilləri, tarix bizim haqqımızda öz hökmünü verəcək”, – Məclis sədri əlavə edib.
Azpost.info