İsrailn Baş naziri huşunu itirdi, yerə yıxıldı

İsrailin Baş naziri Benyamin Netanyahu evdə olarkən huşunu itirib və nəticədə yerə yıxılıb.

Azpost.info bildirir ki, bu barədə “The Jerusalem Post” İsrail baş nazirinin ofisinə istinadən xəbər verir.

Şənbə günü günortadan sonra özünü pis hiss edən Baş nazir Tel Haşomerdəki Şeba Tibb Mərkəzinin təcili yardım otağına yerləşdirilib.

“Valla” nəşrinin məlumatına görə, Baş nazir evində huşunu itirdikdən sonra təcili yardıma aparılıb. Təl-Əvivin mərkəzinə yaxın olan xəstəxanaya çatan zaman özünə gəlib.

Azpost.info

Əvvəlki məqalə

Sabahdan ölkə ərazisində hava şəraiti dəyişəcək

Sonrakı məqalə

Prezident İlham Əliyev və Paşinyan Brüsseldə hansı məsələləri müzakirə edib?