İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilib

Beynəlxalq hava nəqliyyatı statistikasına əsasən, İstanbul hava limanı gündə orta hesabla 1485 uçuşla Avropanın ən işlək, dünyanın isə 7-ci aeroportu seçilib.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

“İyulun 24-də açıqlanan hesabata daxil edilən beynəlxalq 25 hava limanı arasında İstanbul aeroportu 15-21 iyul tarixləri arasında gündəlik orta hesabla 745 təyyarənin havaya qalxması ilə dünyada 7-ci yerdədir. İstanbul aeroportu dünya reytinqində Avropanı birinci yerdə təmsil edir”, – deyə Uraloğlu bildirib.

Nazir Türkiyənin Avropanın ən işlək aeroportlarına sahib ölkələr arasında gündə orta hesabla 3 min 959 uçuşla 6-cı yerdə qərarlaşdığını, hər uçuşun 0,5 dəqiqədən az gecikmə ilə isə ən səmərəli hava məkanları arasında yer aldığını deyib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.