İstanbulda FETÖ-ya qarşı növbəti əməliyyat keçirilib

17 Fevral 2021 - 12:01

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir.

Növbəti belə əməliyyat FETÖ terror təşkilatının üzvlərinin saxlanılması məqsədilə şəhərin müxtəlif rayonlarında paralel şəkildə həyata keçirilib. Əməliyyatlar nəticəsində 31 şübhəli şəxsdən 30-u saxlanılıb. Onların yaşadıqları evlərdə axtarış zamanı çoxlu sayda maddi vəsait və terror təşkilatı haqında iki kitab ələ keçirilib.

Əməliyyatlar davam etdirilir.