Amazon korporasiyasının sahibi yenidən dünyanın ən varlı insanı oldu

Amazon korporasiyasının sahibi Ceff Bezos dünyanın ən varlı insanlarının reytinqində Tesla və SpaceX kompaniyalarının rəhbəri İlon Maskı qabaqlayaraq yenidən birinci yerə yüksəlib.

Bloomberg agentliyinin son hesablamalarına görə, Bezosun varidatı 191 milyard dollar, Maskın sərvəti isə 190 milyard dollar həcmində qiymətləndirilir. Beləliklə, Ceff Bezos 2017-ci ilin oktyabrından başlayaraq 2021-ci il yanvarın 7-dək reytinqdə tutduğu birinci yeri qaytarıb. Həmin vaxt onu İlon Mask ötmüşdü.

Hazırda milyarderlərin reytinqində üçüncü yeri Microsoft-un qurucusu Bill Geyts (137 milyard dollar), dördüncü yeri Louis Vuitton Moet Hennessy kompaniyasının prezidenti Bernar Arno (116 milyard dollar), beşinci yeri isə Facebook-un banisi Mark Sukerberq (104 milyard dollar) tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstanbulda FETÖ-ya qarşı növbəti əməliyyat keçirilib

Sonrakı məqalə

“Badamdarda sürüşmə ərazisində gərginlik qalmaqdadır”