İstanbulda yaşayış binası çöküb

İstanbulun Sarıyer rayonunda 11 mərtəbəli yaşayış binası çöküb.

Bina iki il əvvəl çökmə ehtimalına qarşı boşaldılıb.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Tikilinin yaxınlığındaki dayanacaqdaki üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə çox sayda mütəxəssis cəlb olunub. Hazırda ətraf binalara dəyən zərər araşdırılır.

Bölgəyə gələn Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc adıgedən binanın 2019-cu ildə boşaldıldığını, sökülməsi üçün son sənədləşdirmə işlərinin aparıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR neftlə bağlı hansı proqnozları nəzərə alır? –

Sonrakı məqalə

Şəhid Elməddin Həsrətov Goranboyda dəfn edilib