Kontakt linzaları səhv taxsanız, gözünüzün buynuz qişasına zərər verə bilərsiniz.
Azpost.info xəbər verir ki, bunu rusiyalı oftalmoloq Elina Santoro bildirib.
Onun sözlərinə görə, linzaların istifadə müddəti bitdikdən sonra onları taxmaq olmaz.
“Gündəlik linzalar göstərilən müddətdən daha uzun müddətə istifadə edildikdə problemlər yaranır. Bunun nəticəsində gözlərin buynuz qişası da əziyyət çəkir”, – həkim deyib.
Oftalmoloq qeyd edib ki, linzalar köhnəldikcə onların keçiriciliyi pozulur və buynuz qişanın qidalanması pisləşir. Həmçinin, zaman keçdikcə linzalarda qeyri-bərabərlik yaranır ki, bu da buynuz qişaya zərər verə bilir.
Bundan başqa, kontakt linzalardan qeyri-gigiyenik istifadə etsəniz, gözünüzə bakteriya və göbələk yarana bilər. Bunun qarşısını almaq üçün yalnız tövsiyə olunan qablardan və məhlullardan istifadə edin və onları mütəmadi olaraq təmizləyin. Eyni zamanda, linzaları vaxtında dəyişdirməlisiniz.
Azpost.info