İsveç Konstitusiya dəyişikliyinə gedir- Türkiyəni razı salmaq üçün

İsveç parlamenti noyabrın 16-da ölkə Konstitusiyasına dəyişiklikləri səsə qoyacaq.

Azpost.info xəbər verir ki, dəyişikliklər antiterror qanunlarını gücləndirmək üçündür.

İsveç Türkiyənin tələbi əsasında bu addımı atır. Belə ki, bu, Stokholmun NATO-ya üzvlük iddiasını təsdiqləmək üçün Ankaranın əsas tələblərindəndir.

“Konstitusiya komitəsi terrorizmlə məşğul olan qrupların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmağa imkan verən dəyişiklik təklifi hazırlayıb. Komitə İsveç parlamentini təkliflə razılaşmağa dəvət edir”, – Konstitusiya komitəsinin bəyanatında deyilir.

Azpost.info

Əvvəlki məqalə

Rəşad Dağlının qətlə yetirdiyi şəxsin qardaşı danışdı –

Sonrakı məqalə

Rusiya Ukraynada ələ keçirdiyi NLAW, Javelin və Stingerləri İrana verib –