İsveçin İraqdakı səfirliyi bağlanıb- Etirazçılar tərəfindən yandırıldıqdan sonra

İsveçin Bağdaddakı səfirliyi yerli nümayişçilər tərəfindən yandırıldıqdan sonra öz işini dayandırıb.

Azpost.info xəbər verir ki, diplomatik nümayəndəlikdə pasport və digər sənədlərin verilməsi də müvəqqəti dayandırılıb.

“İyunun 29 və 30-da və iyulun 20-də İsveçin Bağdaddakı səfirliyi qarşısında nümayişlər keçirildiyi üçün səfirlik növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, səfirlik binası İsveçdə “Quran”ın yandırılmasına etiraz olaraq yandırılıb.

Azpost.info

Əvvəlki məqalə

“Багдаде всё спокойно!” –

Sonrakı məqalə

Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilib