“İsveçlə mübahisəmiz sona yaxınlaşır, NATO-ya yolunu açırıq”- ORBAN

Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edəcək.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban ölkənin əsas siyasət prioritetləri ilə bağlı illik çıxışı zamanı bildirib.

Macarıstan Şimali Atlantika Alyansında parlamenti bu sazişi ratifikasiya etməmiş yeganə ölkə olaraq qalır.

“İsveçlə mübahisəmiz sona yaxınlaşır. İsveçin baş naziri ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atdıq. Biz parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə biləcəyimizə doğru gedirik”, – Orban deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.