Qərb Ukrayna üçün süni intellekt texnologiyası ilə təchiz edilən dronlar hazırlayır

Britaniya, ABŞ və onların Qərbdəki müttəfiqləri süni intellekt texnologiyası ilə təchiz ediləcək yeni pilotsuz təyyarələr hazırlayır.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

PUA-ların Ukraynaya təhvil verilməsi planlaşdırılır. Bu yolla Qərb Ukrayna Silahlı Qüvvələri arasında kəskin artilleriya çatışmazlığını kompensasiya etmək istəyir.

Pilotsuz təyyarələrin Ukraynaya yaxın aylarda təhvil verilməsi nəzərdə tutulub.

Agentliyin məlumatına görə, süni intellekt texnologiyası dronların bir-biri ilə qarşılıqlı əlaqədə olmasına imkan verəcək və operatorlara ehtiyac aradan qalxacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.