İsveçrə “sülh konfransı”na Rusiyanı da dəvət edəcək.
Azpost.info xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnasio Kassis bildirib.
Onun sözlərinə görə, iştirakçılar təkcə Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”nu nəzərdən keçirməyəcəklər, çünki BRİKS ölkələrinin də münaqişənin həlli ilə bağlı təklifləri var.
Eyni zamanda, Kassis Rusiyanın ilk görüşdə iştirak edəcəyinə şübhə edir: “Yaxın bir neçə həftə və ya iki-üç ay ərzində sülh gətirəcək konfransın keçirilə biləcəyini güman etmək illüziya və sadəlövhlük olardı. Bu konfrans sülh axtarışı prosesini yüksək səviyyədə, ən azı nazirlər səviyyəsində açmaq məqsədi daşıyır. Rusiyanın bu ilk konfransda iştirak etməsi ehtimalı azdır, lakin dəvət olunacaqlar”.
Azpost.info