İtaliya A seriyasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, “Yuventus” 36-cı turda “Sampdoriya”ya 2:0 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirib.
“Yuventus” – “Sampdoriya” – 2:0
Qollar: Ronaldo, 45, Bernardeski, 67
Bu qələbə ilə xalını 83-ə yüksəldən Turin təmsilçisi yarışın bitməsinə 2 tur qalmış ən yaxın izləyicisi “İnter”lə 7 xallıq xərqi saxlayıb.
Bununla da, “Yuventus” ardıcıl 9-cı, ümumilikdə isə 36-cı dəfə ölkə çempionu olub