İtaliyanın “San-Paolo” stadionuna Maradonanın adı veriləcək –FOTO

İtaliyanın “Napoli” klubuna məxsus “San-Paolo” stadionuna Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradonanın adı veriləcək.

Bunu Neapolun meri Luici de Madjistris açıqlayıb.

O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən dünya şöhrətli futbolçu Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gitaraçı Nofəl Süleymanovu öldürməkdə təqsirləndirilən oğlunun məhkəməsi başlayır

Sonrakı məqalə

Co Baydenin ayağı zədələndi –