İtkin düşən 3 yaşlı qızdan 7 ildir xəbər yoxdur

İtkin
İtkin

Türkiyənin Tokat vilayətinin Turhal rayonuna bağlı Yenisu kəndində 2018-ci ildə itkin düşən 3,5 yaşlı Evrim Atışdan hələ də heç bir xəbər yoxdur. Hadisənin üstündən düz 7 il — 2 min 556 gün keçsə də, axtarışlar və istintaq nəticə verməyib.

AzPost bildirir ki, azyaşlı Evrim 2018-ci il iyulun 10-da anası Dilek Atış tərəfindən yaylada çadırın qarşısına, qardaşı ilə oynaması üçün buraxılıb. Ancaq qısa müddət sonra qız uşağının yoxa çıxdığı aşkarlanıb. Ailə əvvəlcə öz imkanları ilə axtarış aparsa da, nəticə əldə edə bilməyib və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hadisə yerinə cəlb olunan Jandarma və AFAD qrupları genişmiqyaslı axtarış həyata keçirsə də, heç bir iz tapılmayıb. İstintaq zamanı valideynlərin verdiyi ziddiyyətli ifadələr diqqət çəkib. Nəticədə həm ana Dilek Atış, həm də ata Burhan Atış həbs olunub.

Ata Burhan Atış istintaqa ifadəsində qızının traktordan yıxılaraq öldüyünü və atasının məzarına basdırıldığını iddia edib. Lakin qəbirdə aparılan yoxlamalarda heç bir iz aşkarlanmayıb. Ana isə müxtəlif dövrlərdə bir-birini təkzib edən ifadələr verdiyi üçün 109 gün həbsdə saxlanılıb. Daha sonra 8 noyabr 2018-ci ildə sərbəst buraxılıb. Ata isə 165 günlük həbsdən sonra, 2019-cu ilin yanvarında azadlığa çıxıb.

Aradan keçən 7 ilə baxmayaraq, kiçik Evrimdən hələ də bir xəbər yoxdur. Ailənin və yerli əhalinin ümidi isə tükənmək üzrədir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.