İvanişvilinin keçmiş müşaviri sərhəddə həbs olundu

Giorgi Baçiaşvili
Giorgi Baçiaşvili

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin keçmiş müşaviri Giorgi Baçiaşvili Azərbaycanla sərhəddə həbs edilib.

AzPost xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına görə, məlumata görə “Qırmızı bülleten”lə axtarışda olan və Gürcüstan və Rusiya Federasiyasının ikili vətəndaşı olan Giorgi Baçiaşvili Qırmızı Körpü ilə Sadaxlı arasındakı “Yaşıl Sərhəd” adlanan hissədə hərəkət edib.  Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Baçiaşvili həbs edilib.

Vaxtilə İvanişvilinin yaxın adamı və Gürcüstanın Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri olan Baçiaşvili həbs olunacağından qorxaraq martın 9-da gizli şəkildə Gürcüstanı tərk etmişdi. O, həbs olunacağı təqdirdə həyatının təhlükə altında olacağını bildirib.

Martın 10-da, ölkəni tərk etdikdən bir gün sonra, Tbilisi Şəhər Məhkəməsi Baçiaşvilini kriptovalyutanı mənimsəmə və çirkli pulların yuyulması ittihamı ilə qiyabi olaraq 11 il həbs cəzasına məhkum edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.