“İyirmiyə yaxın türk gəmisi Ukrayna limanlarında hazır vəziyyətdədir”- Ərdoğan

“İyirmiyə yaxın türk ticarət gəmisi Ukrayna limanlarında kənd təsərrüfatı məhsullarını daşımağa hazır vəziyyətdədir”.

Azpost.info xəbər verir ki,  bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara Qara dəniz vasitəsilə Ukrayna taxılının reeksportuna başlamağa hazırdır.

“Biz ehtiyacı olan ölkələrə buğda, arpa, günəbaxan yağı və digər kənd təsərrüfatı məhsullarını tədarük edə və ya təkrar ixrac edə bilərik”, – Ərdoğan bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.