İyunda 13 gün iş olmayacaq

iş olmayacaq
iş olmayacaq
İyun ayında 13 gün qeyri-iş günü olacaq.
AzPost Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq.
İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək.
İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.
Beləcə iyun ayında 13 gün qeyri-iş günü olacaq.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.