“İyunda pandemiya sona çatacaq… Çarlz kral olacaq” –Tanınmış ingilis ekstrasensinin prqonozları

“İyun ayından başlayaraq koronavirus pandemiyası sona çatmağa başlayacaq”.

Azpost.info bildirir ki, bu sözləri Mirror qəzetinə açıqlamasında tanınmış ingilis ekstrasensi Cemayma Pakinton bildirib.

Qulançar bitkisi ilə fala baxan Pakinton Donald Trampın ABŞ prezidenti olacağını əvvəlcədən xəbər verən görücü kimi tanınır.

Onun sözlərinə görə, iyun ayından virus pandemiyası enişə doğru gedəcək.

Bununla yanaşı xarici səyahətlər əvvələr olduğu kimi çox olmayacaq. İnsanlar üçün səyahət  artıq hər il üçün müəyyən olunan norma yox, təsadüfi hala çevriləcək.

Görücünün sözlərinə görə, hava şəraiti insanların adət etdikləri həyat tərinə böyük təsir göstərməyə başlayacaq.

Tez-tez tropik qasırğalar olacaq.

“Dünya əhalisi pandemiya nəticəsində xeyirxah və tolerant olacaq. Hökümətlər daha çox xalqın iradəsinə tabe olmağa başlayacaqlar”-deyə o vurğulayıb.

Ekstrasensin sözlərinə görə, iyun ayında Britaniya kraliçası iyun ayında mühüm bəyanatla çıxış edəcək. Ola bilsin ki, kraliça taxt-tacı oğlu Çarlza ötürsün.

Görücü ABŞ –ın sabiq prezidenti Tramp barədə bədbin proqnoz verib. Onun sözlərinə görə, Respublikaçılar partiyası Trampdan üz döndərəcək. O, növbəti seçkilərdə prezidentliyə namizəd olmayacaq. Trampın gələcəyi qeyri-müəyyən olaraq qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış hakim koronavirusa yoluxub

Sonrakı məqalə

Suriyada İŞİD-in tərkibində vuruşan azərbaycanlı həbs edilib –