İyunun 6-dan 4 gün ardıcıl istirahət olacaq– Rəsmi tarixlər açıqlandı

Təqvim
Təqvim

Azərbaycanda qarşıdan gələn həftədə vətəndaşları dörd günlük istirahət gözləyir. AzPost bildirir ki, 6, 7, 8 və 9 iyun tarixləri ardıcıl şəkildə qeyri-iş günü olacaq.

Bu tarixlərdən 6 və 7 iyun Qurban bayramına təsadüf edir. 8 iyun isə bazar günü olduğundan istirahət günüdür. Əmək Məcəlləsinə əsasən, 7 iyun şənbə gününə düşdüyü üçün, həmin günün əvəzində növbəti iş günü olan 9 iyun – bazar ertəsi də qeyri-iş günü kimi müəyyən olunub.

Beləliklə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 6-dan 9 iyuna qədər olan müddət rəsmi istirahət günləri olacaq. Bu, vətəndaşlara istirahət və ailə ilə daha çox vaxt keçirmək üçün fürsət yaradacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.