İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 36 nəfərə çatıb –

Yaralı sayı 885 nəfərdir
31 Oktyabr 2020 - 23:45

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 36 nəfərə çatıb. 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

Bildirlib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işlər davam etdirilir.