Juan Kanselu “Əl-Hilal”dan ayrıla bilər

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun məşhur müdafiəçisi Juan Kanselunun yanvar transfer pəncərəsində klubdan ayrılmaq ehtimalı yüksəkdir.

Trend xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, “İnter” icarə şərtləri və mümkün müqavilə ilə bağlı “Əl-Hilal”a müraciət edib. “Barselona” və “Yuventus” da son 48 saat ərzində Kanselunun vəziyyəti ilə bağlı məlumat almaq üçün Ərəbistan təmsilçisi ilə əlaqə saxlayıb.

Qeyd olunur ki, 31 yaşlı futbolçu 2024-cü ilin yayından bəri “Əl-Hilal”da çıxış edir. Bu mövsüm klubda altı oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Juanın hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. O, karyerası ərzində “İnter”, “Barselona”, “Yuventus”, “Bavariya”, “Mançester Siti”, “Valensiya” və “Benfika” kimi tanınmış klublarda çıxış edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.