Jurnalist Məğrur Əliyev “Təbib” qəzetinə yeni redaktor təyin olunub

Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin redaktoru vəzifəsinə təyinat olub.
ATU-dan verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəylinin əmrinə əsasən, bu vəzifəyə Məğrur Əliyev təyin edilib.
Qeyd edək ki, M.Əliyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Sonradan Dövlət İqtisad Universitetində ikinci ali təhsil alıb. 25 ildən artıqdır ki, mətbuat sahəsində fəaliyyət göstərir. İndiyədək bir sıra tanınmış qəzet və saytlarda rəhbər vəzifələrdə çalışıb, peşəkar fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb. O, 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli və Qubadlının işğaldan azad olunmasına görə medalları ilə təltif edilib. Döyüş yolu haqqında bir sıra mətbuat orqanları və televiziya kanallarında materiallar hazırlanıb, Vətən müharibəsindən bəhs edən filmə çəkilib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bir gündə 649 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Neftçalada ağacəkmə aksiyası keçirilib –