Jurnalist qətl yerindən reportaj hazırlayarkən güllələndi- VİDEO

Amerikalı jurnalist Floridada qətl hadisəsinin törədildiyi yerdən reportaj hazırlayarkən güllələnib.

Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Jurnalistlə yanaşı, bir məktəbli ölüb, daha iki nəfər yaralanıb.

“Çərşənbə günü Florida ştatının Orlando şəhəri yaxınlığında 20 yaşlı qız qətlə yetirilib. “Spectrum News” kanalının əməkdaşı və fotoqrafı hadisə yerinə gedib. Baş verən atışmada televiziya jurnalisti ölüb, fotoqraf isə yaralanıb. Daha sonra cinayətkar evdə doqquz yaşlı qızı və anasını güllələyib. Məktəbli reanimasiyada dünyasını dəyişib, ananın vəziyyəti hazırda ağırdır”, – məlumatda deyilir.

Qətllərdə 19 yaşlı Keyt Melvin Mozes şübhəli bilinir. O, saxlanılıb və hazırda silahlı hücumla bağlı araşdırma aparılır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.