Jurnalistlərin məhkəməsi təxirə salındı –Hakim əlavə subutlar tələb edib

Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər İxtiyar Əsgərov və Anar Şabanoğluna qarşı şikayəti əsasında hazırlıq iclası keçirilib.
Azpost bildirir ki, məhkəmə iclasına hakim Nərgiz Tağıyeva sədrlik edib.
Hakim iddiaçı tərəfin sübutlarının azlığına görə Rəfiyevin vəkilinin əlavə sübutlar təqdim etmək üçün vəsatətini nəzərə alaraq, hazırlıq iclasını fevralın 24-nə təxirə salıb.
Qeyd edək ki, Rəfiyev media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.
Bundan öncə isə Nərimanov Rayon Məhkəməsi Rəfiyevin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina etmişdi.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.