Kabinetdə yıxılmış Stalinə qoyulan ilk həkim diaqnozu:“Qarnı yumşaqdır...Paltarı sidiyə bulaşıb...Göz bəbəyi tərpənir...” (MƏXFİ RƏY) FOTO

Kreml həkimlərinin SSRİ-nin sabiq rəhbəri İosif Stalinin ölümünə səbəb olmuş xəstəlik diaqnozu ilə bağlı imzaladığı ilk müayinə sənədi interntdə maraqla qarşılanıb.

Azpost.info bildirir ki, “məxfi” qrifli bu sənəd Stalinin öz otağında yıxıldığı gün hazırlanıb. Həkimlər kabinetdə huşsuz halda uzanmış Stalini müayinə edərək ilkin diaqnozu qoyublar.

Rəsmi sənddə Stalinin hansı şəraitdə aşkar olunması barədə qeydlər maraq doğurur: “Xəstə professor P.Lukomski, İ. Qlazunov, Tkaçovun iştirakı ilə martın 2-də saat 7.00-da müayinə olunub. Stalində qəfil huşunun itirilməsi, sağ əlində və sağ ayağında paralic aşkar edilib.

Xəstə divanda, əynində kostyum huşsuz halda uzanmışdı. Paltarı sidiyə bulaşmışdı. Bu qeyri-iradi sidik ifrazının baş verdyini göstərir. Bədənin sağ tərəfindəki hər iki əzalarında -əl və ayaqda tam paraliç müəyyən olunub. Göz qapağını qaldıran zaman göz bəbəyi sağa-sola gedirdi. Sağ tərəfin refleksi aşağı idi. Sol ətraf üzvlərində ara-sıra narahatlıq ifadə edən hərəkətləri meydana gəlirdi. Nəbzi dəqiqədə 78 idi. Nəfəs çatışmazlığı aşkar olunmadı. Qarnı yumşaqdır, böyrək adi ölçüdən 3-4 sm böyüyüb. Yüksək qan təzyiqini nəzərə alaraq Stalinə ilk baxşıda iştirak edən həkimlər aşağıdakı diaqnozu müəyyən etdilər:”.

Məxfi sənəd burada bitir. Sonrakı səhifələrdə həkimlərin rəyi əks olunub.

Qeyd edək ki, Stalin 1 mart 1953-cü ildə Moskvanın Kuntsovo rayonundakı iqamətgahında olub. Mühafizə xidmətinin əməkdaşı Lozqaçov Stalini döşəmədə uzanmış vəziyyətdə görüb. Martın 2-də iqamətgaha həkimlər gəlib və Stalinə sağ tərəfin paralici diaqnozu qoyulub.

Martn 3-də artıq Stalinin yaxın saatlarda vəfatı edəcəyi məlum olur. Dövlətin ikinci adamı kimi Q.Malenkovun adından sovet liderinin ağır vəziyyəti barədə rəsmi hökümət məlumatı hazırlanır.

1953-cü ilin martın 4-də Stalinin xəstəliyi barədə xalqa məlumat elan edilir. Radio rəhbərin səhhəti ilə bağlı bülletenləri hazırlayır. Bu xəbərlərdə ağır vəziyyəti ifadə edən insult, huşun itirilməsi, bədənin paraliçi kimi ifadələr işlədilir.

1953-cü il martın 5-də saat 21.50-də Stalin vəfat edir. Onun ölümü barədə məlumat 6 mart səhər saat 6-da verilir. Rəsmi tibbi rəyə görə, Stalin beyinə qan sızmadan vəfat edib.

Martın 6-dan 9-na qədər SSRİ-də matəm elan olunur. Stalinin tabutu İttifaqlar Evində qoyulur. Martın 9-da Stalinin dəfn olunur.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sosial şəbəkələrdə koronavirusla bağlı yalan xəbər yayan həkim müəyyən edilib –

Sonrakı məqalə

Milli Məclisin sədri İranın Azərbaycandakı səfiri ilə görüşüb –