Kadırov Nurməhəmmədovu döyüşə çağırdı

Həbib Nurməhəmmədov UFC idman təşkilatının layihəsidir.

Bunu “Instagram” səhifəsindəki canlı yayım zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib.

“Life” portalının məlumatına görə, o, MMA ustasını özünün “Axmat” klubunun təmsilçisilə döyüşə dəvət edib. Kadırov bu qarşılaşmanın təşkili üçün istənilən şərtə hazır olduğunu bildirib.

“Həbib yaxşı döyüşçüdür. O, UFC-də hamını üstələyib. Lakin “Axmat”ın döyüşçüsünü üstələyə bilərmi? Bu, sual doğurur”, – deyə Kadırov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

Sonrakı məqalə

Putin Nobel sülh mükafatına namizədlər siyahısına salınıb