Kahramanmaraşda 4,4 bal gücündə zəlzələ olub

Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələ olub.

Azpost.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 14.41-də episentri Dulkadiroğlu rayonunda 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada AFAD və əlaqədar qurumların dərhal hərəkətə keçdiyini bildirib.

“Kahramanmaraşın Dulkadiroğlu rayonunda 4,4 bal gücündə zəlzələ baş verdi. Hazırda hər hansı bir neqativ hal yoxdu. Zəlzələdən təsirlənən vətəndaşlarımıza keçmiş olsun. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun”, – nazir qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.