Kanada Rusiyanın 33 şirkətinə sanksiya tətbiq etdi

Kanada müdafiə sənayesi ilə əlaqəli 33 Rusiya şirkətinə sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli deyib. “Rusiya müdafiə sektorundan 33 şirkətə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Bu şirkətlər birbaşa və ya dolayısı ilə Rusiya silahlı qüvvələrinə dəstək veriblər”, – nazir qeyd edib.

“Qara siyahı”ya Moskva Fizika və Texnologiya İnstitutu, “Zvezda” maşınqayırma zavodu, “Vımpel” gəmiqayırma zavodu və “İstok” elmi-istehsalat müəssisəsi də düşüb.

Kanada XİN-dən bildiriblər ki, Ukraynanın Buça şəhərində baş verənlərdən sonra sanksiyaların sərtləşdirilməsinə qərar verilib.

Azpost.info

Əvvəlki məqalə

“Borrelin bu bəyanatı oyun qaydalarını əhəmiyyətli dərəcədə dəyişir” –

Sonrakı məqalə

Rusiya XİN xaricdəki diplomatlarını tək gəzməməyə çağırıb