Rusiya XİN xaricdəki diplomatlarını tək gəzməməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi xaricdəki diplomatlarına iş yerindən kənara tək çıxmamağı tövsiyə edib.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalının efirində bildirib. “Hazırda rus diplomatları ağır şərtlərdə yaşayır və işləyirlər. Rusiya Xarici İşlər Nazirliyi xaricdə işləyən diplomatlarına qarşı təhdidləri qeydə alır və onlara diplomatik nümayəndəliklərdən kənara tək çıxmamağı tövsiyə edir”, – Lavrov deyib.

Lavrov əlavə edib ki, Rusiya xaricdə təzyiqlərə məruz qalan soydaşlarını bütün qanuni yollarla müdafiə edəcək. Azpost.info

Əvvəlki məqalə

Kanada Rusiyanın 33 şirkətinə sanksiya tətbiq etdi

Sonrakı məqalə

 “Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatıb