Kanadanın supermarket şəbəkələri Rusiya istehsalı olan malları piştaxtalardan yığışdırmağa başlayıb.
Azpost.info xəbər verir ki, bu barədə Kanadanın “Globe and Mail” qəzeti yazıb.
Bu tədbirlər Rusiyaya qarşı sanksiyalar fonunda həyata keçirilir. “Sobeys”, “Safeway” və “FreshCo” ərzaq şəbəkələrinin sahibi olan “Empire Company Ltd.” Rusiya məhsullarını martın əvvəlindən yığışdırmağa başlayıb.
“Metro Inc.” adlı başqa bir şəbəkə də Rusiya istehsalı olan məhsulların satışını dayandırıb. Eyni zamanda, Kanadanın “Loblaw Companies” pərakəndə satış şirkəti də Rusiya mallarını yığışdırıb və onların yenidən sifariş edilməməsi barədə təlimat verib.
Azpost.info