Vətəndaşlardan biri Kapital Bankdan şikayətçidir. AzPost xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb. Bildirir ki, bir neçə il əvvəl Kapital Banka məxsus olan 700 AZN dəyərində Birkart istifadə edib. “Sonra baxdım ki, istifadə etmək sərf etmir. Borcumu bağlayıb kartı da təhvil verdim”.
Vətəndaş deyir ki, bu məsələdən 3 ildən çox vaxt keçib. “Bugünlərdə baxıram ki, kartımda 12 manat 10 qəpik kəsir yaranıb. Bunlardan 2 manat 10 qəpik SKIMMINQA qarşı, 10 manat isə işsizlik sığortasına görə yaranıb”.
Vətəndaş məsələ ilə bağlı banka müraciət edib. Kapital Bank əməkdaşı bildirib ki, kart bağlansa da müqavilə aktiv qalıb və bu müddət ərzində bank ona xidmət göstərib. Qeyd olunan məbləğ də həmin xidmətə görə yaranıb.
“Axı hansı xidmətdən söhbət gedir? Borcumu bağlamışam, kartı təhvil vermişəm. Niyə mənə xəbərdarlıq edilmədən Kapital Bank tərəfindən borc yazılır” – deyə vətəndaş şikayətində bildirib.