Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Kapital Bankdan narazılıq: Müştəri 6 manatlıq ödənişin 30 gün gözlədilməsinə etiraz edir

Orkhan Ali 14 İyul 2025 - 11:08 (Last updated: 14 İyul 2025 - 11:09)
Kapital Bank

Kapital Bank

Kapital Bankın müştərisi Heydər Məmmədli sosial şəbəkələrdə bankın xidmətindən narazılığını ifadə edib.

AzPost bildirir ki, vətəndaş mobil tətbiq vasitəsilə taksi sifariş verdiyini, lakin taksi tapılmadığı üçün əməliyyatı ləğv etdiyini yazıb. Nəticədə kart balansından 6 manat 30 qəpik məbləğində pul çıxılıb.

Heydər Məmmədli bildirib ki, taksi şirkəti ödənişi geri qaytardığını təsdiqləyib, lakin Kapital Bank vəsaitin hələ də “gözləmədə” olduğunu deyərək, qaytarılma müddətini otuz gün kimi göstərir. “Bu hansı dünya praktikasına əsaslanır? Bank üçün 6 manat böyük məbləğ deyil, müştərini niyə bu qədər gözlədirlər?”, – deyə şikayətçi bildirib . O, bankın bu cür vəsaitləri müvəqqəti istifadə etməklə əlavə gəlir əldə etdiyini iddia edir.

Məsələ ilə bağlı Kapital Bank Heydər Məmmədliyə cavab verib. Bankdan bildirilib ki, ödəniş gözləmədə olduğu müddətdə onun təsdiqlənməsi 30 təqvim günü ərzində baş verə bilər. Əgər geri ödənişin həyata keçirildiyini təsdiqləyən sənəd təqdim olunarsa, 3 iş günü ərzində araşdırma aparıla bilər.

Təsdiqedici sənəddə əməliyyatın tarixi, təsdiq kodu (Approval Code), məbləği, RRN kodu və satışı həyata keçirən təşkilatın adı mütləq qeyd olunmalıdır. Bank əlavə olaraq vətəndaşların anlayışına ümid etdiyini də bildirib.

AzPost.az

Post navigation

Previous: Altı ayda 21 min nəfərə onlayn qaydada pensiya təyin edilib
Next: Qəbələdə yaradıcılıqla məşğul olmaq istəyənlər üçün növbəti təlim keçirilib

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.