Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Karantin müddəti uzadılacaqmı?

Orkhan Ali 30 May 2025 - 11:40 (Last updated: 30 May 2025 - 11:41)
Karantin

Karantin

Azərbaycan əhalisi nəfəsini içəri çəkərək baş nazir Əli Əsədovun karantin rejiminin uzadıb-uzatmayacağı intizarındadır. AzPost yenisabah-a istinadən xəbər verir ki, sonuncu dəfə Nazirlər Kabineti rəhbəri COVID-19-la bağlı məhdudiyyətlərin martın 31-dən iyunun 1-dək tətbiqi barədə qərar imzalayıb.

Birigün artıq bu müddət tamamlanır.

Əli Əsədov karantin müddətini uzadacaqmı?

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından quru və dəniz sərhədləri qapadılıb. Hər 3 aydan bir xüsusi karantin rejiminin vaxtı uzadılır.

Dünya Səhiyyə Təşkilatı (DST) 2023-cü ilin mayın 5-də COVİD-19-la bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını elan edib.

2024-cü ildə Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

“Sərhədləri bağlı saxlamaq qərarı kovidə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır”.

İlham Əliyev bunu aprelin 23-də, ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda danışıb.

Milli Məclisin 7-ci çağırışına seçkilərdən sonra açılış iclasında da dövlət başçısı oxşar cümlələr işlədib.

Prezident Əliyev deyib ki, “milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır”:

“Xüsusilədə indiki zamanda. şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır.

Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Bu reallıqdır”.

Xatırladaq ki, son aylarda Azərbyacanla Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpa olunacağı iddia olunur. Rəsmi Tbilisi bundan ötrü may ayına dair 2 tarix açıqlasa da, məsələ reallaşmayıb.

Eyni zamanda, prezident Məsud Pezeşkianın Bakıya birgünlük səfərindən sonra İranla quru sərhədlərin açılacağına dair rəsmi Tehran təmsilçiləri bir neçə bəyanat verib.

AzPost.az

Post navigation

Previous: Universitetdə 10 milyonluq təmirə start verilir
Next: Sığorta bitdi, cərimə gəldi

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
Avropa İttifaqı süni intellektin inkişafı üçün 500 milyard avro investisiya cəlb etməlidir. Bu vəsaitə qabaqcıl süni intellekt...
Read more about Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10
Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli erzaq
  • Sosial

Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli

User 14 Noyabr 2026 - 10:51
Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib tecili yardim
  • Sosial

Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

User 14 Noyabr 2026 - 10:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.