Karantin qaydalarına zidd olduğu üçün 65 min icazə ləğv edilib

- RƏSMİ
13 Aprel 2020 - 16:16

Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” tv-nin efirində deyib.

Onun sözlərinə görə, bu günə kimi 46 360-dan çox təşkilat tərəfindən 755 min icazə daxil edilib və aktiv icazə sayı 680 mindir.

F.Cəfərov vurğulayıb ki, bu günə kimi karantin rejimi qaydalarına zidd olan 65 min icazə icazə-e-gov.az portalından ləğv edilib.

Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb. (report)