Karantin rejimini pozan kafe və restoran sahiblərinə qarşı ciddi tədbirlər görülür

Koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti saat 12.00-dan 15.00-dək müəyyən edilib. 

DİN-dən APA-ya bildirilib ki, bəzi kafe və restoranların xüsusi karantin rejimin tələblərinə məhəl qoymayaraq nəzərdə tutulmayan saatlarda fəaliyyət göstərməsinə rast gəlinir. Bu kimi neqativ halların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxt və bölgələrdə nəzarət tədbirləri daha da gücləndirilib.

Sonuncu belə tədbir zamanı Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Səbail rayonu Badamdar qəsəbəsi  R.İsgəndərov küçəsi 4A ünvanında yerləşən “Locco” çay evi, N.Paşayev küçəsində yerləşən “Qorodok” kafesində müəyyən saatlardan kənar müştərilərə xidmət göstərildiyi müəyyən edilib. Həmin obyektlərin sahibləri barəsində ərazi polis orqanlarında qanuni tədbirlər görülüb.

Nəzərinizə çatdıraq ki, tətbiq edilən bu qadağada əsas məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkanlarını da saxlamaqdır.

Qeyd edək ki, xüsusi karantin rejimini pozan ictimai iaşə müəssisələrinin rəhbərləri sərt şəkildə cəzalandırılacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İspaniyada 9500 tibb işçisi koronavirusa yoluxub

Sonrakı məqalə

Prezident İlham Əliyev ETSN-in fəaliyyəti ilə bağlı