Karantini pozan meyxanaçı Rəşad Dağlı cərimələnib

Qubada karantin qaydalarını pozan restoran aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı “Quba city” restoranında məclis təşkil edildiyi müəyyən edilib. (APA)

Araşdırma zamanı məclisdə iştirak edən meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) da daxil olmaqla ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

Sonrakı məqalə

Azərbaycanda saxlanan erməni hərbçilər qohumları ilə əlaqə saxlayıb