Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Türkiyə XİN-in İnformasiya Baş İdarəsindən verilən məlumata görə, nazirliyin yeni sözçüsü Tanju Bilgiç təyin edilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Tanju Bilgiç 2011-2014-cü illərdə Türkiyənin Sankt-Peterburqda Baş konsulu olub.

Xatırladaq ki, Türkiyə XİN-nin keçmiş sözçüsü Hami Aksoy Macarıstanın Türkiyədəki səfiri təyin edilib və aprelin 1-dən bu vəzifəsini icra edir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dövlətlərin bütövlüyünün Krım və ya Dağlıq Qarabağda olduğu kimi, şübhə altına alınması fundamental dəyərlərimizə ziddir”-

Sonrakı məqalə

Karantini pozan meyxanaçı Rəşad Dağlı cərimələnib