Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Kartdan karta köçürmələr dəyişir: Yeni limitlər gəlir

User 01 Avqust 2026 - 00:40 (Last updated: 01 Avqust 2026 - 00:40)
Bank kartları ilə bağlı problemlər artır

Bank kartları ilə bağlı problemlər artır

Azərbaycanda kartdan karta köçürmələr, ödəniş kartları və elektron pul hesablarının sayı üzrə yeni limitlərin tətbiqi nəzərdə tutulur.

Azpost.info Cashless.az saytına istinadən xəbər verir ki, hazırlanmış “card-to-card” tipli ödəniş əməliyyatlarına dair şərtlər Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının üzv təşkilatlarına təqdim edilib.

Məlumata əsasən, yeni şərtlər rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq hallarına qarşı mübarizənin gücləndirilməsi, vergi öhdəliklərindən yayınma və qanunsuz mərc oyunları ilə bağlı mümkün sui-istifadə hallarının qarşısının alınması, eləcə də ödəniş əməliyyatlarında şəffaflığın artırılması məqsədi daşıyır.

Təqdim edilən şərtlərə əsasən, karta mədaxil və kartdan köçürmə əməliyyatları üzrə gündəlik əməliyyat sayı 5 ilə məhdudlaşdırılır. Hər iki əməliyyat növü üzrə günlük məbləğ limiti tətbiq olunmur. Aylıq məbləğ limiti isə həm karta mədaxil, həm də kartdan köçürmə üzrə 20 min manat müəyyən edilir.

Bundan başqa, müştərinin öz kartları arasında, yaxın qohumların kartlarından mədaxil və ya yaxın qohumların kartlarına köçürmə əməliyyatları bu limitlərdən istisna edilə bilər. Sahibkarlıq hesabına bağlı kartlardan mədaxil və ya belə kartlara köçürmə də limitlərdən kənar saxlanıla biləcək.

Şərtlərdə həmçinin ödəniş kartlarının və elektron cüzdanların sayına dair limitlər də əksini tapıb. Milli valyutada əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş kartlar, depozit kartları və onlayn ödənişlər üçün nəzərdə tutulmuş kartlar istisna olmaqla, hər məhsul üzrə 1 kart limiti müəyyən edilir. Hər bir xarici valyuta üzrə də hər məhsula 1 kart limiti tətbiq olunacaq.

Elektron cüzdanlar üzrə isə milli valyutada 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə 1 elektron cüzdan limiti nəzərdə tutulur.

Kartdan karta köçürmələrdə təyinatın qeyd olunması da tələb ediləcək. Bunun üçün “Mal alışı”, “Xidmətlərin alışı” və “Şəxsi və digər köçürmələr” olmaqla seçim siyahısı yaradılmalıdır. “Şəxsi və digər köçürmələr” seçildikdə minimum 10 simvoldan ibarət məcburi doldurulan xana olmalıdır. Köçürmə yalnız təyinatla bağlı şərtlər yerinə yetirildikdən sonra aktivləşməlidir.

 

AzPost.az

Post navigation

Previous: Şərurda kişi arvadını öldürüb
Next: Dunay çayı o qədər qurudu ki, mamontun qalıqları üzə çıxdı

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.